İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yeni B-2 bombardmançıları sifariş edib

581 28.11.2025 08:30 Dünya A A

ABŞ administrasiyası yeni B-2 Spirit gizli strateji bombardmançı təyyarələri sifariş edib.

Musavat.com xəbər verir ki, məlumatı Prezident Donald Tramp açıqlayıb. Hərbi personalla videokonfrans zamanı o, 2025-ci ilin yayında İrana qarşı əməliyyatın B-2-nin dizaynında istifadə edilən gizli texnologiya sayəsində uğurlu olduğunu deyib: "Və mən həmin pilotlara, mexaniklərə və həmin B-2 bombardmançı təyyarələrinə xidmət edən və işləyən bütün insanlara təşəkkür etmək istəyirəm. Biz sadəcə onlardan daha çox sifariş etdik. Onlar (iranlılar – red.) təyyarələrin uçduqlarını bilirdilər, amma heç kim onları görə bilmirdi".

11 noyabrda Arlington qəbiristanlığında çıxış edən Tramp ABŞ-ın bir qrup B-2 strateji bombardmançı təyyarəsi sifariş etdiyini açıqlayıb. Oktyabr ayında Amerika lideri ABŞ-ın bu təyyarələrdən 28-ni sifariş etdiyini deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR