İnsanlara hürriyət, millətlərə istiqlal!

Adəmlə bağlı qəzada məşhur idmançı da yaralandı

1461 16.01.2026 22:30 Dünya A A

Musavat.com xəbər verir ki, Adəm Kadırovun iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı yeni iddialar yayılıb.

Məlumata görə, qəza zamanı avtomobildə Adəmlə birlikdə UFC döyüşçüsü Həmzət Çimayevin də olduğu və onun ağır xəsarətlər aldığı bildirilir. Bu barədə sosial şəbəkələrdə və messencer qruplarında məlumatlar yayılır.

Eyni zamanda, bəzi kanallarda Həmzət Çimayevin öldüyü iddiaları da paylaşılır. Lakin hazırda bu məlumatların heç biri rəsmi qurumlar və ya döyüşçünün yaxınları tərəfindən təsdiqlənməyib.

Hadisə ilə bağlı Çeçenistanın rəsmi strukturları, eləcə də Adəm Kadırov və Həmzət Çimayevin ətrafı hələlik açıqlama verməyib. Qəzanın detalları və xəsarət alanların real vəziyyəti barədə dəqiq məlumat yoxdur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR