ABŞ hökuməti Tayvana HIMARS raket sistemləri, tank əleyhinə raketlər və dronlar da daxil olmaqla, ümumi dəyəri 11,1 milyard dollar olan bir neçə silah paketinin satışına razılıq verdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, məlumatı Focus Taiwan xəbər portalı yayıb. Portalın qeyd etdiyinə görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından bəri Tayvana ikinci silah satışı elanıdır.
Portala görə, səkkiz silah paketinin siyahısına M109A7 haubitsaları, HIMARS raket sistemləri, TOW 2B tank əleyhinə raket sistemləri, pilotsuz uçuş aparatları və FGM-148 Javelin tank əleyhinə raket sistemləri daxildir.
Musavat.com






