ABŞ administrasiyası Rusiya–Ukrayna münaqişəsi ilə bağlı yeni və kəskin mövqeyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Ağ Evdən verilən məlumata görə, ABŞ prezidenti Donald Tramp artıq həm Moskvanın, həm də Kiyevin davranışlarından ciddi şəkildə narazıdır.
Açıqlamanın tonundan aydın olur ki, Tramp:
“Sadəcə görüş xatirinə keçirilən görüşlər”dən bezib.
Boş və nəticəsiz bəyanatları qəbul etmir.
Danışıq yox, real addım tələb edir.
Ağ Ev bildirir ki, prezidentin səbrinin tükənməsi tərəflərin mövqelərinə təzyiqi artıra bilər və Vaşinqton prosesin sürətləndirilməsi üçün daha sərt xətt tutmağa hazırdır.
Musavat.com






