İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdaşda toyda qonağı döyən MÜĞƏNNİ SAXLANILDI - Hadisənin təfərrüatı

1104 12.06.2025 12:49 Ölkə A A

Ağdaş rayonunda toyda baş verən davanın təfərrüatları məlum olub.

Hadisə rayon ərazisindəki "Ağ saray" restoranında baş verib. Toyda iştirakçı olan Namiq Hüseynov mahnı sifarişi üstündə müğənni Tural Hüseynovla mübahisə edib. Mübahisə nəticəsində N.Hüseynov müğənnini söyüb və restoranda dava düşüb. Nəticədə müğənni Tural Hüseynov və onun qardaşı, ansamblın üzvü Orxan Hüseynov Namiq Hüseynovu döyüblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər, müğənni və qardaşı saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR