İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin Ukrayna ilə bağlı tək bir planı var - Kallasdan AÇIQLAMA

1060 20.11.2025 21:42 Siyasət A A

Avropa İttifaqının heç bir ölkəsi və ya rəsmisi ABŞ Prezidenti Donald Trampın Ukraynada sülh nizamlanması planının hazırlanmasında iştirak etməyib.

Musavat.com xəbər verir ki, bunu Aİ xarici işlər komissarı Kaja Kallas  Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında sualları cavablandırarkən deyib: "Xeyr, heç bir Aİ ölkəsi iştirakını təsdiqləməyib".

Onun sözlərinə görə, Aİ Ukrayna üçün yalnız bir "fəaliyyət planı" görür - Rusiyanı zəiflətmək və Ukraynanı dəstəkləmək - və hər hansı digər sülh planının əvvəlcə dəstəyini almasını istəyir: “Aİ-nin aydın iki mərhələli planı var: Rusiyanı zəiflətmək və Ukraynanı dəstəkləmək. Aİ-nin mövqeyi dəyişməyib: hər hansı bir sülh planının uğur qazanması üçün Ukrayna və Aİ-nin dəstəyi olmalıdır".

O, həmçinin əlavə edib ki, Aİ "Rusiya tərəfindən birtərəfli atəşkəs"də israr etməyə davam edir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR