Avropa İttifaqı Şurası Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların müddətini 31 iyul 2026-cı ilədək uzadıb.
Musavat.com xəbər verir ki, qərar Brüsseldə qəbul olunub və mövcud məhdudiyyətlərin qüvvədə qalmasını təmin edir.
Xatırladaq ki, 2025-ci ilin yayında Aİ artıq bu sanksiyaların müddətini 31 yanvar 2026-cı ilədək uzatmışdı. Yeni qərarla isə məhdudiyyətlərin vaxtı daha da irəli çəkilib.
Sanksiyalar maliyyə, energetika, ticarət və texnologiya sahələrini əhatə edir və Rusiyanın iqtisadi imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. Aİ rəsmiləri bildirirlər ki, bu tədbirlər Moskvanın Ukrayna ilə bağlı siyasətinə cavab olaraq saxlanılır.
Musavat.com






