İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailəsi ilə istirahətə gedən 2 yaşlı uşaq çayda boğuldu

1027 12.07.2025 22:06 Hadisə A A

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.

Hadisə bu gün günorta saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.

Belə ki, Yuxarı Tala kənd sakini Səfiyə İsmayılova ailəsi ilə birlikdə istirahət etmək üçün çay kənarına gedib. Bu zaman valideynlərinin gözündən yayınan azyaşlı çaya düşüb və onu su aparıb.

Axtarışlar nəticəsində azyaşlı sudan çıxarılaraq hadisə yerinə çağırılmış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib. Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.  (Qafqazinfo)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR