İnsanlara hürriyət, millətlərə istiqlal!

AKP deputatından Bərzanini “əmim-dayım” elan edən sensasion çıxış - VİDEO

631 30.11.2025 16:07 Dünya A A

Türkiyədə gündəm yaratmış yeni açıqlama - Şırnak millət vəkili Arslan Tatarın Məsud Bərzaniyə ünvanladığı emosional müraciət ictimaiyyətdə böyük rezonans doğurub.

Musavat.com xəbər verir ki, AKP Şırnak millət vəkili Arslan Tatar yayımladığı videomüraciətdə Kürd Regional Rəhbərliyinin keçmiş lideri Məsud Bərzaniyə son dərəcə qeyri-adi və səmimi ifadələrlə müraciət edib.

Millət vəkilinin çıxışı belə olub:

“Məsud Bərzani – mənim əmim, dayım... Sən mənim əmimsən, dayımsan. Sən bizim gözümüzün nurusan. Biz uşaq vaxtı sənin xəyallarınla böyümüşük.

Sən o adamın oğlusan, sən Molla Mustafa Bərzaninin oğlusan. Biz kürdlüyü görmüşüksə, səndə görmüşük, atanızda görmüşük”.

Bu müraciət ilk dəfə sosial şəbəkələrdə yayılıb və Rudaw Türkçe də daxil olmaqla regional media tərəfindən işıqlandırılıb. Arslan Tatarın sözləri xüsusilə Türkiyədə siyasi müzakirələri qızışdırıb - həm AKP daxilində, həm də müxalif dairələrdə ciddi reaksiyalar doğurub.

Türkiyə siyasi dairələri bildirir ki, deputatın bu tonlu mesajı Şırnak və ümumilikdə cənub-şərq bölgəsində siyasi mesaj xarakteri daşıya bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR