Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinin (MI6) keçmiş rəhbəri (2014–2020) Aleks Yanqer 63 yaşında dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.
A.Yanqer təxminən 30 il ərzində Britaniya kəşfiyyatında xidmət edib, Avropa və Yaxın Şərq ölkələrində müxtəlif vəzifələrdə çalışıb.
O, həmçinin MI6-nın Əfqanıstandakı bürosuna rəhbərlik edib.
Bundan başqa, Aleks Yanqer son 50 ildə Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidmətinə ən uzun müddət rəhbərlik etmiş şəxs statusuna malikdir.
Təqaüdə çıxdıqdan sonra o, aktual beynəlxalq gündəmlə bağlı şərhləri ilə müntəzəm olaraq mediada çıxış edirdi.
Ötən il ona prostat xərçəngi diaqnozu qoyulmuşdu.
Musavat.com






