İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya indiyədək Ukraynaya 76 milyard avro dəstək ayırıb

297 16.12.2025 00:38 Dünya A A

Almaniya 2022-ci ilin fevral ayından bəri Ukraynaya hərbi dəstəyə 40 milyard avro, mülki yardıma isə əlavə 36 milyard avro xərcləyib.

Musavat.com xəbər verir ki, məlumatı Almaniya kansleri Fridrix Merz Berlində keçirilən Alman-Ukrayna İqtisadi Forumunda çıxış edərkən açıqlayıb: "2022-ci ilin fevral ayından bəri Ukraynaya təxminən 40 milyard avro dəyərində hərbi dəstək vermişik. Həmçinin mülki yardım üçün əlavə 36 milyard avro ayırmışıq. Və 2026-cı ildə əlavə 11 milyard avro hərbi dəstək ayıracağıq".

Forumda o, həmçinin Ukraynanın enerji təchizatını təmin etmək üçün dərhal 170 milyon avro ayıracağını açıqlayıb.

Forumda daha əvvəl iqtisadiyyat naziri Ketrin Reyxe Almaniya hökumətinin Ukraynaya ümumilikdə 45 milyon avro dəyərində özəl investisiyaları dəstəkləmək üçün yeni bir mexanizm işə salacağını açıqlayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR