Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putinin xarici siyasətinin yalnız Ukraynadakı müharibə ilə məhdudlaşmayacağını və Sovet İttifaqını əvvəlki sərhədlərinə qaytarmağa yönəldiyini bildirib.
Musavat.com xəbər verir ki, bu barədə DW nəşri məlumat verib.
Mertsin sözlərinə görə, Rusiya lideri “Avropadakı sərhədlərin fundamental dəyişdirilməsi” ilə maraqlanır ki, bu da onun fikrincə, əvvəllər SSRİ-yə daxil olmuş ölkələr üçün ciddi, o cümlədən hərbi təhdid yaradır.
“Putin dayanmayacaq. Əgər Ukrayna məğlub olarsa, o, heç nəyə baxmayaraq dayanmadan irəliləyəcək”, - deyə Almaniya kansleri vurğulayıb.
Bu kontekstdə Merts qeyd edib ki, Ukraynaya əlavə dəstək, Avropanın birliyi və Böyük Britaniya ilə strateji əməkdaşlıq Almaniyanın xarici və müdafiə siyasətində prioritet olaraq qalır. O, həmçinin əvvəllər ABŞ prezidenti Donald Tramp tərəfindən effektivliyi şübhə altına alınan NATO-nun qorunmasının vacibliyini vurğulayıb.
Musavat.com






