Ukrayna Hərbi Dəniz Qüvvələri Novorossiysk yaxınlığında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd mühafizə gəmisini batırıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, ikinci dərəcəli patrul gəmisi dənizdə istifadə olunan "Sargan-3000" pilotsuz kompleksinin köməyi ilə vurulub.
"Ukraynalı hərbi dənizçilər Novorossiysk yaxınlığında ikinci dərəcəli sərhəd patrul gəmisini "Sargan-3000" dəniz pilotsuz kompleksi ilə batırıblar. Gəminin heyəti arasında ölən və yaralananlar var", – məlumatda bildirilir.
Ukrayna tərəfi vurulan gəminin "İzumrud" olduğunu və onun 25 noyabr 2018-ci ildə Kerç boğazında Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmilərinə qarşı həyata keçirilən hücumda iştirak etdiyini qeyd edib.
Bildirilib ki, "İzumrud" patrul gəmisində helikopter meydançası da olub.
Bundan başqa, “Dərin Dövlət” (DeepState) analitik layihəsinin yaydığı məlumata görə, Ukrayna hərbçiləri Maliyevka, Sıçneve, Novogeorgiyevka və Zaporojjya kəndləri yaxınlığında Rusiya qüvvələrini geri çəkilməyə məcbur ediblər.
Layihənin analitikləri qeyd ediblər ki, bu əməliyyatlar nəticəsində Rusiya qüvvələrinin nəzarət etdiyi ərazi azalıb. Onların sözlərinə görə, əldə olunan irəliləyiş Ukrayna Müdafiə Qüvvələrinin uğurlu taktiki fəaliyyətinin nəticəsidir.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi analitik Elçin Alıoğludur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı:






