İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya şəhərləri iflasın bir addımlığındadır

1362 28.11.2025 02:22 Dünya A A

Musavat.com xəbər verir ki, Almaniyada yerli idarəetmələr dərin maliyyə böhranına düşüb. Bild-in məlumatına görə, ölkənin demək olar bütün şəhərləri və bələdiyyələri artıq bankrotluq həddinə yaxınlaşır. Bu il yerli büdcələrin ümumi kəsirinin 30 milyard avroya çatacağı proqnozlaşdırılır.

Məlumata əsasən, ən ağır vəziyyət paytaxt Berlindədir. Şəhərin büdcə kəsiri 4,3 milyard avro təşkil edir və bu göstərici ölkə üzrə maksimal səviyyədir. İkinci yerdə Köln (0,6 milyard avro), üçüncü sırada isə Düsseldorf (0,4 milyard avro) qərarlaşıb.

Ekspertlər bildirirlər ki, yaranmış vəziyyət sistem böhranından qaynaqlanır. Sənaye sektorunda tənəzzül vergi gəlirlərinin azalmasına səbəb olur, sosial xərclər isə sürətlə artır və bələdiyyələr bu yükü daşıya bilmir. Federal hökumətin passiv mövqeyi vəziyyəti daha da çətinləşdirir.

Musavat.com xəbər verir ki, kansler Fridrix Mers şəhər rəhbərliklərini “maliyyədən daha qənaətlə istifadə etməyə” çağırmaqla kifayətlənib. Artıq 13 federal əyalətin rəhbərləri Berlinə rəsmi SOS müraciəti göndəriblər.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, böhran daha da dərinləşərsə, şəhərlər gənclər mərkəzləri, muzeylər və sosial layihələrin maliyyələşdirilməsini dayandırmaq məcburiyyətində qala bilər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR