İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya silahlanma düyməsini basdı: 50 milyard avro!  

725 17.12.2025 17:50 Dünya A A

Almaniya Federativ Respublikasının Bundestaqının Büdcə Komitəsi çərşənbə günü silahlanma məqsədilə rekord həcmdə birdəfəlik vəsaitin ayrılmasına baxacaq və gözlənildiyinə görə, bu qərarı təsdiqləyəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Sənədə əsasən, Almaniya hökuməti 50 milyard avrodan artıq məbləği əhatə edən 30 sifariş formalaşdırıb ki, bu da ölkənin ümumi büdcəsinin təxminən onda birinə bərabərdir.

Ən iri müqavilə çərçivəsində 21 milyard avro əsgərlərin forması və hərbi təchizatı üçün ayrılacaq. Bundan başqa, 4 milyard avrodan çox vəsait Puma piyadaların döyüş maşınlarının alınmasına, 3,4 milyard avro özüyeriyən haubitsalara yönəldiləcək. Hava hücumundan müdafiə üçün isə təxminən 6 milyard avro dəyərində İsrailin Arrow 3 raket-tutucuları, ABŞ istehsalı Patriot sistemləri və Almaniyanın IRIS-T kompleksləri alınacaq. Daha 2 milyard avro NATO-nun şərq cinahında kəşfiyyat imkanlarını gücləndirmək məqsədilə peyk sistemlərinə sərf olunacaq.

"Financial Times"in sitat gətirdiyi kimi, Berlin mərkəzli Edina analitik mərkəzinin direktoru Kristian Möllinq bildirib ki, müdafiə satınalmaları proqramı “2029-cu ilə qədər mümkün olan hər şeyi əldə etmək” şüarı ilə həyata keçirilir.

Ümumilikdə Almaniya 2025–2030-cu illər dövründə müdafiə sahəsinə 650 milyard avro xərcləməyi planlaşdırır. Bu məbləğ əvvəlki beş il ərzində müdafiəyə ayrılmış vəsaitdən iki dəfə çoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR