İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya vətəndaşlarına ÇAĞIRIŞ ETDİ: “Dərhal İranı tərk edin”

1119 29.08.2025 16:58 Ölkə A A

Almaniya Xarici İşlər Nazirliyi Tehranın potensial cavab tədbirləri riski ilə bağlı vətəndaşlarına İranı tərk etməyi və ölkəyə səfərdən çəkinməyi tövsiyə edib.

Musavat.com xəbər verir ki, bu qərar, Berlinin BMT-nin İslam Respublikasına qarşı sanksiyaların bərpası (snapback mexanizmi) prosesindəki roluna bağlıdır.

Nazirlik bildirib ki, İran hakimiyyəti dəfələrlə nəticələrlə hədələyib, bu səbəbdən Almaniyanın maraqları və vətəndaşları ciddi risk altındadır.

Həmçinin, Almaniyanın Tehrandakı səfirliyi yalnız məhdud konsulluq xidməti göstərə bilər.

Qeyd edək ki, avqustun 28-də Almaniya, Böyük Britaniya və Fransa BMT-nin İrana qarşı sanksiyalarını bərpa etmək üçün 30 günlük prosedura başlayıb. İran isə cavab olaraq xəbərdarlıq edib ki, bu addımlar “düzəldilməz nəticələrə” yol aça bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR