“The Wall Street Journal”ın mənbələrinə istinadən yaydığı məlumata görə, Almaniya hökuməti son iki il yarım ərzində Rusiya ilə mümkün hərbi toqquşma ssenarisinə hazırlıq məqsədilə son dərəcə məxfi 1200 səhifəlik hərbi plan hazırlayıb.
Musavat.com xəbər verir ki, Sənəd NATO daxilində koordinasiyaya əsaslanır və genişmiqyaslı qoşun köçürülməsi əməliyyatının bütün mərhələlərini özündə birləşdirir.
Mənbələrin sözlərinə görə, plan Rusiyanın hipotetik hücumu və ya kəskin eskalasiya ssenarisi zamanı şərq istiqamətinə — potensial cəbhə xəttinə qədər 800 minədək NATO hərbçisinin göndərilməsini nəzərdə tutur. Bu qoşunların tərkibinə Almaniyanın öz ordusu, ABŞ qüvvələri və digər alyans ölkələrinin kontingentləri daxildir.
Sənəddə logistika məsələləri xüsusi detal ilə təsvir olunub. WSJ yazır ki, plan:
hansı körpülər,
hansı limanlar,
hansı avtomobil magistralları,
və hansı çay marşrutları ilə qoşunların şərqə doğru daşınacağını addım-addım göstərir.
Məqalədə qeyd olunur ki, Almaniya bu hazırlığı NATO-nun ümumi müdafiə strategiyasının bir hissəsi kimi aparır və plan “ən pis ssenari” üçün nəzərdə tutulub.
Musavat.com






