İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcərə turist axını - Hotellərdə yer qalmayıb

3628 28.07.2026 12:20 Ölkə A A

Kəlbəcərin turizm üçün ən unikal rayonlarımızdan biri olması, füsunkar təbiəti yay mövsümündə bu bölgəyə turist axınına səbəb olub. Rayon ərazisində modul tipli hotellərin bu ildən fəaliyyətə başlaması isə bura marağı daha da artırıb.

Musavat.com-un xəbərinə əsasən, Kəlbəcərdə hotellər demək olar ki, tam dolub.

Xüsusilə həftəsonları rayonda fəaliyyət göstərən yerləşdirmə obyektlərində boş otaq tapmaq mümkün olmur. Hazırda rayonda “Kəlbəcər Hotel” və “Tunel Hotel” fəaliyyət göstərir. Hər iki hoteldə yerlər öncədən bron edilib. Hotellərdə yerlər günlər, bəzilərində isə hətta həftələr öncədən bron edilir. Turistlərə Kəlbəcərə buraxılış icazəsini hotellər təşkil edir.

Mütəxəssislər bildirirlər ki, turist axınının artması bölgədə yeni hotel və istirahət obyektlərinə tələbatın da yüksəldiyini göstərir. Son illər Kəlbəcərdə turizm infrastrukturunun genişləndirilməsi istiqamətində görülən işlərə baxmayaraq, mövsümün pik dövründə mövcud yerləşdirmə imkanları bütün tələbi qarşılamaqda çətinlik çəkir. Qiymətlər isə 200 manatdan başlayır. Hazırkı dinamika Kəlbəcərin Azərbaycanın ən populyar yay turizm istiqamətlərindən birinə çevrilməkdə olduğunu göstərir. Kəlbəcərdə turizm obyektlərinin sayının artırılmasına ehtiyac yaranıb. Bu cür obyektlər bölgənin sosial-iqtisadi dirçəlişində mühüm rol oynayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR