İnsanlara hürriyət, millətlərə istiqlal!

İran qapısını ABŞ-nin üzünə bağladı - yaxın perspektivdə...

401 28.07.2026 12:32 Gündəm A A

Xəbər verildiyi kimi, İranla ABŞ arasında aparılan danışıqlar yenə də nəticəsiz qalıb. Belə ki, cənub qonşumuz Vaşinqtonun irəli sürdüyü təklifləri qəbul etməyib.

ABŞ və İran arasında danışıqların dalana dirənməsi regionda gərginliyi daha da artıracaqmı? Vaşinqton Tehrana qarşı təzyiq siyasətini daha da sərtləşdirəcəkmi?

azer.jpg (84 KB)

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a bunları deyib:

“ABŞ ilə İran arasında danışıqların davam edib-etməyəcəyi barədə demək lazımdır ki, diplomatik təmaslar heç vaxt tam dayanmaz. Diplomatiyanın mahiyyəti də məhz bundan ibarətdir. Tərəflər bir-birinə ən ağır zərbələri endirsələr, raketlər və bombalar yağdırsalar belə, arxa planda danışıq kanalları açıq qalır. Tarix də göstərir ki, ən sərt münaqişələr zamanı belə diplomatik təmaslar davam edib. Məsələnin bu qədər çətinləşməsinin əsas səbəblərindən biri odur ki, artıq nə ABŞ, nə də İran bölgədə yaranmış böhranı, xüsusilə də Hörmüz boğazı ətrafındakı təhlükəsizlik problemini təkbaşına tam həll etmək imkanına malikdir. Bu səbəbdən üçüncü tərəflərin iştirakı getdikcə daha vacib hala gəlir. Ən azı Yaxın Şərq ölkələri daha fəal mövqe ortaya qoymalı və regional sabitliyin təmin olunmasında məsuliyyət paylaşmalıdırlar. Bölgədə davam edən gərginlik logistika və enerji marşrutlarına da ciddi təsir göstərir. Buna görə də yaxın perspektivdə Yaxın Şərqdə nə tam sülhün, nə də genişmiqyaslı müharibənin şahidi olacağıq. Daha çox nə sülh, nə də müharibə kimi xarakterizə edilə biləcək bir vəziyyət davam edəcək. Çünki hər iki tərəf artıq potensial baxımından müəyyən məhdudiyyətlərlə üz-üzədir və böhranın idarə olunması üçün üçüncü tərəflərin siyasi və diplomatik müdaxiləsinə əvvəlkindən daha çox ehtiyac duyur”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR