İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Gülərə 150 milyonluq təklif - "Real Madrid" nə cavab verdi?

2282 18.09.2025 21:26 İdman A A

"Real Madrid"in 20 yaşlı ulduzu Arda Gülər üçün İngiltərə Premyer Liqasından gələn 150 milyon avroluq təklif klub rəhbərliyi tərəfindən qəbul edilməyib.

İspaniya mətbuatının yazdığına görə, paytaxt klubunun prezidenti Florentino Peres bu astronomik təklifi "heç düşünmədən" rədd edib.

Arda Gülər 2023-cü ildə "Real Madrid"ə transfer olunub və hazırda onun bazar dəyəri 45 milyon avro qiymətləndirilir. Gənc futbolçu bu mövsüm 4 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mütəxəssislər hesab edir ki, rəhbərliyin bu qərarı Ardanın gələcəkdə daha da yüksələn potensialına inamla bağlıdır.//Milli.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR