Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Arktikaya diqqət yetirməlidir.
Musavat.com xəbər verir ki, bunu Kanadanın xarici işlər və beynəlxalq inkişaf naziri Anita Anand Ottavada keçirilən təhlükəsizlik konfransındakı çıxışında deyib:
"NATO-nun diqqəti indi yalnız şərqə deyil, həm də şimala yönəlməlidir. NATO şimala baxmalıdır".
O, Şimali Atlantika Alyansının bu yaxınlarda başlatdığı "Arktika Qəyyumu" Əməliyyatını xatırladıb və onun daimi olmasını təklif edib. Nazir bildirib ki, "bu təşəbbüsün Arktikada daimi iştirakı olmalıdır".
Onun fikrincə, "Arktikada qlobal rəqabət" başlayıb.
Musavat.com






