İnsanlara hürriyət, millətlərə istiqlal!

Arxeoloq təyyarə partlatmaqda suçlandı

593 26.11.2025 17:19 Dünya A A

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) 24 il müddətinə ciddi rejimli həbsxana hökmü almış geofizik və arxeoloq Andrey Veryanovun “dövlətə xəyanət və terrorçuluq fəaliyyəti” ilə yanaşı, yüksək ranqlı məmurla bağlı aviasiya sui-qəsdi hazırladığını iddia edir.

Musavat.com xəbər verir ki, Veryanovun hökmü 2025-ci ilin mayında çıxarılmışdı, lakin proses qapalı keçirildiyi üçün ittihamın detallarına dair məlumat uzun müddət açıqlanmayıb.

FTX 26 noyabr tarixində cəzanın hüquqi qüvvəyə minməsi barədə press-reliz dərc edərək işin bəzı məqamlarını açıqlayıb.

Xidmətin versiyasına görə, 2023-cü ilin aprelində Veryanov “inisitativ qaydada əcnəbi terror təşkilatı və Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi ilə gizli əməkdaşlıq” qurub. İddia olunur ki, ona “Rusiya Federasiyası yüksək vəzifəli şəxsinə məxsus hava gəmisini partlatmaq tapşırılmışdı”, lakin hansı məmurdan söhbət getdiyi göstərilmir.

FTX həmçinin bildirir ki, arxeoloq kuratorunun göstərişi ilə Moskva vilayətində yerləşən hava hücumundan müdafiə sistemləri barədə məlumat toplayıb və özünün hazırladığı kiçik pilotsuz uçuş aparatı ilə onların zəifliyini yoxlamağa çalışıb.

Andrey Veryanov uzun müddət Peruda yaşamış, Kuskodakı Sacsayhuamán ink kompleksində georadar tədqiqat qrupuna rəhbərlik etmişdi. Layihə Peru Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Hüquq müdafiə təşkilatı “Pervy Otdel”in məlumatına görə, o, 2019-cu ildə Rusiyaya xəstə qohumuna baxmaq üçün gəlib və ölkədə qalmaq məcburiyyətində qalıb. 2023-cü ilin sonunda Veryanov dövlətə xəyanət ittihamı ilə həbs edilib.

Ona əlavə olaraq terror təşkilatının yaradılması və bu qurumda iştirak ittihamı da verilib.

Hazırda ittihamların müstəqil təsdiqi yoxdur, işin maddi sübutları ictimaiyyətə açıqlanmayıb. Məhkəmə prosesinin tam qapalı rejimdə keçirilməsi isə hüquq müdafiəçilərinin narahatlığını artırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR