İnsanlara hürriyət, millətlərə istiqlal!

Avokado ilə bağlı mif dağıdıldı...

1114 07.02.2026 00:29 Maraqlı A A

Bir çox insan bu məhsuldan tərkibində yağın çox olması səbəbilə çəkinir.

Musavat.com xəbər verir ki, “Daily Mail” nəşrində dərc olunan yazıda mütəxəssislər avokado ilə bağlı bu qorxuların əsassız olduğunu bildiriblər.

Ekspertlərin sözlərinə görə, avokado lif, kalium, K, E və C vitaminləri ilə zəngindir və düzgün miqdarda qəbul edildikdə sağlamlıq üçün mühüm faydalar verir. Onlar vurğulayırlar ki, əsas şərt ölçünü gözləməkdir.

Gündə orta ölçülü bir avokadonun yarısı xolesterin səviyyəsinin normallaşmasına, çəkiyə nəzarətə və dəri sağlamlığının yaxşılaşmasına kömək edə bilər.

Mütəxəssislər qeyd edirlər ki, tərkibindəki fol turşusu səbəbilə avokado xüsusilə hamilə və süd verən qadınlar üçün faydalıdır.

Avokadonu günün istənilən vaxtında rasiona daxil etmək mümkündür: səhərlər tostlarla, axşamlar isə salatlarda, o cümlədən meyvə salatlarında. Qeyd edək ki, avokado əslində tərəvəz deyil, meyvə hesab olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR