İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqında yeni böhran

272 02.07.2026 19:25 Dünya A A

Avropa İttifaqının xarici siyasət qurumunda əməkdaşların psixoloji vəziyyəti ilə bağlı narahatedici məlumatlar yayılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb. Saytın yazdığına görə, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) yüzlərlə əməkdaşı stresslə bağlı sağlamlıq problemləri səbəbindən xəstəlik məzuniyyətinə çıxıb. Məlumata əsasən, bu göstərici qurumun ümumi işçi heyətinin təxminən 8 faizini təşkil edir.

“Politiko” xatırladır ki, daha əvvəl də EEAS-da əməkdaşların işdən məmnunluq səviyyəsinin kəskin aşağı düşdüyü və qurum daxilində ciddi fikir ayrılıqlarının yarandığı barədə məlumat yaymışdı. Nəşr bu vəziyyətin Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallasın rəhbərlik etdiyi strukturda idarəetmə problemləri ilə bağlı narahatlıqları daha da artırdığını qeyd edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR