İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyasının “gözü” dondurulan Rusiya aktivlərində

647 26.06.2026 00:45 Dünya A A

Avropa İttifaqı 2026-2027-ci illər ərzində Ukraynadakı müharibəni maliyyələşdirmək üçün Avropa Komissiyasının cəlb etdiyi 90 milyard avroluq kreditin faizinə öz büdcəsindən hər il 3 milyard avro ödəməli olacaq.

Musavat.com TASS-a istinadən bildirir ki, bu barədə Avropanın iqtisadiyyat üzrə komissarı Valdis Dombrovskis Qdanskda Ukrayna üzrə investisiya konfransında çıxışı zamanı bildirib. Onun sözləri Avropa Komissiyası tərəfindən yayımlanıb.

“Aİ bu kredit üzrə faiz olaraq hər il Avropa büdcəsindən 3 milyard avro ödəyəcək", o deyib. Dombrovskis əlavə edib ki, bu, faktiki olaraq Ukraynanı maliyyələşdirmək üçün dondurulmuş Rusiya aktivlərini müsadirə etməkdən imtina etdikləri üçün “Aİ ölkələrinin ödədiyi qiymətdir”.

O əlavə edib ki, Avropa Komissiyası Rusiya aktivlərinin müsadirə edilməsi ideyasından əl çəkməyib və Ukrayna Rusiyadan hər hansı “təzminat” ala bilməsə, Kiyevə verilən maliyyəyə görə kompensasiya adı altında bu vəsaiti yenidən müsadirə etmək niyyətindədir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR