Avropa Parlamenti Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verilməsini tələb edən təşəbbüsü gündəmə gətirib.
Musavat.com xəbər verir ki, bu təklif hazırda hazırlanmış qətnamə layihəsində öz əksini tapıb və sənəd üzrə səsvermə bu gün keçiriləcək.
Qətnamədə qeyd olunur ki, Ukraynaya hücum yalnız ona qarşı deyil, bütün Qərb təhlükəsizlik arxitekturasına qarşı təhdid kimi qiymətləndirilməli və bunun qarşılığında kollektiv şəkildə cavab verilməlidir.
Xatırladaq ki, NATO Nizamnaməsinin 5-ci maddəsi alyansın ən vacib prinsipi olan kollektiv müdafiəni təsbit edir: hər hansı üzv dövlətə silahlı hücum bütün alians ölkələrinə hücum hesab olunur.
Avroparlamentin təşəbbüsü Ukrayna üçün təhlükəsizlik mexanizmlərinin daha da sərtləşdirilməsi və onun Qərblə hərbi inteqrasiyasının dərinləşməsi istiqamətində mühüm siyasi siqnal kimi dəyərləndirilir.
Musavat.com






