İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobus çatmır, tramvay gəlir – Bakıda nə dəyişəcək?

1142 28.01.2026 18:45 Sosial A A

“Hazırda Azərbaycanda kütləvi sərnişin daşıyan növlər istənilən səviyyədə deyil. İnsanlar öz mobilliklərini fərdi nəqliyyatla daha çox təşkil edir və gün ərzində 300 min avtomobil şəhərə daxil olur. Bu qədər avtomobilin ehtiyaclarını qarşılamaq üçün yol tikinti sürəti çatdırmır. Şəhər mühitində bir yolun tikilməsi, əsaslı rekonstruksiyası iki ildən tez başa gəlmir. Amma avtomobilin alışı isə 1 saat çəkir. Yəni, biz yolu salana qədər avtomobilin artım sürəti ondan daha sürətli olur. Ona görə də ən rasional qərar ictimai nəqliyyatı inkişaf etdirməkdir”.

Bunu Musavat.com-a açıqlamasında nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Avtobusun ön qapısından düşən sərnişinlər cərimə oluna bilər — EKSPERT RAUF  AĞAMİRZƏYEVDƏN VACİB AÇIQLAMA – "ARAZ" Media Qrupu

Onun sözlərinə görə, ictimai nəqliyyatda ən üstün variantı relsli növləri inkişaf etdirməkdir: ”Resli növlər investisiya tutumlu islahatlara daxildir. Yerin altında bu, metro, yerin üstündə şəhərətrafı elektrik qatarı və tramvay xəttidir. Tramvay xətti o yerlərdə çəkiləcək ki, orada dəmiryolu və metro yoxdur. Avtobus isə o yükü götürə bilmir. Yəni tələb böyükdür, təklif olunan avtobus sayı isə kifayət qədər deyil. Ona görə də relsli növü ictimai nəqliyyata cəlb edirlər. Eyni anda bir avtobus 80-100 nəfər daşıyırsa, bir tramvay 300 bəziləri isə hətta 400 sərnişin daşıyır. Bu tramvayın ayrı zolağı və intensiv hərəkəti olanda çox sərfəli olur. Çünki qarlı, yağışlı hava demədən bütün şəraitlərdə hərəkət edir. Yəni, relsli növlər daha alternativdir. Bu yöndə qərar verilib, 5 istiqamətdə 3 depo tikiləcək. 5 istiqamətdən biri Mehdiabaddan “28 May” metrostansiyasına olacaq. Düşünürəm ki, bu çox ciddi və vacib bir layihədir.

Bu layihələrin 2030-cu ilə qədər icrası nəzərdə tutulub. Bugünki vəziyyəti xeyli düzəldəcək, amma bir şərtlə ki, davamlı olsun. Böyük şəhərlər üçün bu alternativlərin daha da şəbəkələşməsi vacibdir”.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, Mehdiabad qəsəbəsindən "28 May" metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir. Onun sözlərinə görə, tramvay xəttinin bərpası ilə əlaqədar işlər görülüb.

A.Rzayev deyib ki, Mehdiabad qəsəbəsindən metronun "28 May" stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırdır, layihələndirmə üzrə işlər həyata keçirilir. Tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə "Sea Breeze" daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR