İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada Türkiyə və Azərbaycan vətəndaşları saxlanıldı - vağzalda atəş açıblar

419 04.06.2026 00:52 Dünya A A

Almaniyada kurort şəhəri olan Vesterlandda (Şimal dənizində yerləşən Ziltadası) bazarda baş verən atışma hadisəsi ilə bağlı Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıblar.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, iyunun 3-də səhər saatlarında Vesterlandda həftəlik bazarda atəş səsləri eşidilib. Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub.

Qəzetin məlumatına əsasən, atəş açan şəxs 23 yaşlı Türkiyə vətəndaşı olub. O, Vesterland dəmiryolu vağzalının yaxınlığında saxlanılıb. Hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar ikinci şübhəlini də tutub. Onun 15 yaşlı Azərbaycan vətəndaşı olduğu və hadisədə iştirak etməkdə şübhəli bilindiyi bildirilir.

Hazırda hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hər hansı məlumat verilmir.

Etibar
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR