İnsanlara hürriyət, millətlərə istiqlal!

Günəşdə “qara partlayış” baş verdi – Video

180 04.06.2026 02:37 Astrologiya A A

Günəşdə qeyri-adi hadisə müşahidə olunub.

Musavat.com xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası 3 iyunda baş vermiş güclü Günəş alışmaları nəticəsində “qara partlayış” adlandırılan hadisənin qeydə alındığını açıqlayıb.

Məlumata görə, gün ərzində baş verən ikinci güclü alışma zamanı Günəş tacında (koronada) yerləşən neytral hidrogen buludu qoparaq ətrafa səpələnib. Alimlər bildirirlər ki, neytral hidrogen Günəşin isti atmosferindən gələn şüalanma üçün demək olar ki, qeyri-şəffaf vəziyyətə düşür və fotonlar həmin təbəqədə hidrogenin ionlaşmasına sərf olunduğundan sanki “yox olur”. Bu səbəbdən hadisə vizual olaraq Günəş səthini örtən qara ləkə və ya örtük effekti yaradır. 

Laboratoriyanın açıqlamasında qeyd olunur ki, hidrogen buludunun bir hissəsi Yer istiqamətinə yönəlib. Bildirilir ki, bu hissəciklər atmosferin yuxarı qatlarına qismən nüfuz edə, sonradan soyuyaraq müəyyən hissəsi Yer səthinə enə və qayalar, okeanlar tərəfindən tutulub saxlanıla bilər. Məlumata görə, həmin hissəciklərin bir hissəsi bitkilər tərəfindən də mənimsənilə bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR