İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobili ilə 2 yaşlı oğlunun üstündən keçib öldürdü - Saatlıdakı qəzanın TƏFƏRRÜATI

844 20.08.2025 08:16 Hadisə A A

Lənkəran Ağır Cinayətlər Məhkəməsində azyaşlı oğlunun ölümünə səbəb olmaqda təqsirləndirilən Elşən Əskərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Əskərov 5 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək, cəzasının 2 ilini şərti hesab edib.

Xatırladaq ki, hadisə ötən il sentyabrın 13-də baş verib. Saatlı rayonunun Orta Muğan kənd sakini Elşən Əskərov həmkəndlisinin həyətində keçirilən toyaxşamı məclisinə getmək istəyib. O bu məqsədlə həyətində özünə məxsus VAZ-2161 markalı avtomobili işə salıb və avtomobili arxaya doğru hərəkət etdirib. Həmin vaxt həyətdə oynayan iki yaşlı oğlu - 2022-ci il təvəllüdlü Sənan Əskərovun başı avtomobilin arxa təkərinin altında qalıb. 2 yaşlı S.Əskərov xəstəxanaya çatdırılsa da, orada ölüb.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR