İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsədin qızının BU GÖRÜNTÜLƏRİ internetdə yayıldı - FOTOLAR

2152 12.06.2026 09:05 Dünya A A

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qızının gəlinlik paltarında şəkli internetdə yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Məlumata görə, Əsədin qızı Zeyn Əsəd Asif Şövkətin (Bəşərin bacısının əri) oğlu Bassel Asiflə evlidir.

Hazırda 21 yaşı olan Zeyn Əsəd 2016-cı ildə Tehranda atçılıq çempionatında qalib gəlib.

Qeyd edək ki, Bəşər Əsəd hakimiyyətin süqutundan sonra Rusiyaya qaçıb. Ona, qardaşı Mahir Əsədə və keçmiş rejimin digər yüksək rütbəli təhlükəsizlik məmurlarına qiyabi ittihamlar irəli sürülüb. Mahir Əsəd müxalif fəallar tərəfindən qətllər, işgəncələr, hədə-qorxu və narkotik ticarəti kimi ağır cinayətlərdə suçlanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR