İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayxan Abbasov “Şamaxı”dan getdi

883 23.05.2026 22:28 İdman A A

“Şamaxı” baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.

Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 44 yaşlı mütəxəssisin klubla olan müqaviləsinin müddəti başa çatıb.

Şamaxı təmsilçisi ayrılıqla bağlı təcrübəli baş məşqçiyə xüsusi təşəkkürünü ünvanlayıb:

“Klubumuz adından Ayxan Abbasova komandamızdakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.

Xatırladaq ki, Ayxan Abbasov 2024-cü ilin iyun ayından “Şamaxı”nın sükanı arxasında idi. (Qafqazinfo)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR