İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL Bakı–Naxçıvan reyslərini ləğv etdi

1009 27.06.2026 14:19 Son xəbər A A

Azərbaycan Hava Yollarının (AZAL) iyunun 27-nə planlaşdırılan Bakı-Naxçıvan istiqamətində bütün reysləri ləğv edilib.

Musavat.com xəbər verir ki, buna səbəb Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində müşahidə olunan ildırımlı hava şəraiti olub.

AZAL-dan bildirilib ki, sərnişinlərə uçuşlarla bağlı baş verən dəyişikliklər barədə ətraflı məlumat veriləcək. Hava şəraiti normallaşdıqdan sonra reyslər ştat rejimində bərpa olunacaq.

Qeyd olunub ki, aviaşirkətin bütün qərarları sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun icra olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR