İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan-Ermənistan sərhədində baş verən yanğın söndürülüb

728 17.11.2025 00:39 Ölkə A A

Azərbaycan-Ermənistan sərhədində, Gədəbəy rayonunun İsalı, Dördlər, Novoivanovka, Mormor və Göyəmli kəndlərinə yaxın neytral ərazidə bir neçə gündür davam edən yanğın söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, relyefin mürəkkəbliyi səbəbindən xüsusi texnikaları yanğının baş verdiyi əraziyə cəlb etmək mümkün olmayıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin və bölməsinin canlı qüvvəsi tərəfindən söndürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR