İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pillədəki yerini qoruyub

1414 06.10.2025 04:36 İdman A A

Azərbaycan III MDB Oyunlarının medal sıralamasında ikinci pillədəki yerini qoruyub.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, ölkənin aktivində hazırda 29 qızıl, 46 gümüş və 86 bürünc medal var.

Siyahıya Rusiya (105 qızıl, 55 gümüş, 34 bürünc medal) başçılıq edir. Üçüncü pillədə isə Belarus (27 qızıl, 26 gümüş, 48 bürünc) qərarlaşıb.

İndiyə qədər 10 ölkə təmsilçiləri medal qazanıblar.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR