Bakıda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) tərəfindən birgə hazırlanmış “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimat mərasimi keçirilir.
Musavat.com xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin rəhbər şəxsləri, deputatlar, ekspertlər iştirak edirlər.
BMTM-nin şöbə müdiri Mətin Məmmədli çıxışında bildirib ki, Azərbaycan sülhməramlı qüvvələri uzun illərdir dünyanın müxtəlif bölgələrində qulluq edirlər:
“Bu, dərin siyasi məzmunu olan fəaliyyətdir. Azərbaycan bu fəaliyyətlərdə iştirak etməklə beynəlxalq sülhə töhfə verir. Ölkəmizin sülhməramlı qüvvələri ən mürəkkəb regionlarda işirak edib. Bununla Azərbaycan həm də milli maraqlarını qoruyub. Bu gün təqdim olunan hesabat bu fəaliyyətin nəzəri çərçivəsini, həmçinin, siyasi və hərbi aspektlərini təqdim edir. Bu hesabat təhıkükəsizlik ekspertləri üçün dəyərli mənbə olmaqla yanaşı, sülhməramlı irsimizin gələcək nəsillərə ötürülməsi baxımından da əhəmiyyət kəsb edir”.
Nigar Həsənli
Musavat.com






