İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bütün limanlar BAĞLANDI

1183 16.04.2025 10:05 Ölkə A A

Azərbaycanda yağışlı hava şəraiti ilə əlaqədar bütün limanlar bağlanıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

"Hazırda Xəzər dənizi akvatoriyasında küləyin sürəti 30-35 m/s-ə yüksəlib, sahilboyu ərazilərdə dalğaların hündürlüyü 3 metrdən çoxdur. Bütün limanlara giriş və çıxış bağlıdır, yerli və xarici bayraq altında üzən gəmilər lövbər dayanacaqlarına və sığınacaqlara yerləşdirilib", - o bildirib. 

Saat 06:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasında maksimal sürəti 33 m/s-ə çatan güclü şimal-qərb küləyi müşahidə olunub.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR