İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda nəqliyyat sektorunun gəlirləri real ifadədə 8% artıb

323 14.07.2026 12:36 Ölkə A A

Son illər ərzində Azərbaycanın beynəlxalq tranzit qovşağına çevrilməsi, Şərq – Qərb və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin artırılması, mülki aviasiya donanmasının modernləşdirilməsi, yeni tranzit marşrutlarının yaradılması, avtobus və taksi parkının yenilənməsi, həmçinin Bakı şəhərində mobilliyin artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində nəqliyyat sektoru ölkə iqtisadiyyatının əsas sahələrindən birinə çevrilib. 

Musavat.com xəbər verir ki, xüsusilə tranzit daşımalarında əldə olunan nəticələr Azərbaycanın Avrasiya məkanında etibarlı tranzit tərəfdaşı kimi mövqeyinin daha da möhkəmləndiyini göstərir.

2026-cı ilin birinci yarısında ölkə ərazisindən keçən tranzit yüklərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% artaraq 7,7 milyon tonu ötüb. Bu artım Azərbaycanın beynəlxalq ticarət marşrutlarında rolunun gücləndiyini və Orta Dəhliz üzrə strateji tranzit qovşağı kimi mövqeyinin daha da möhkəmləndiyini təsdiqləyir.

Bundan əlavə, hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5% artaraq 1,9 milyon nəfərə, tranzit sərnişinlərin sayı isə 40% artaraq 276 min nəfərə çatıb. 

Görülən işlər nəticəsində 2026-cı ilin I yarımili ərzində Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8% artaraq 7,8 milyard manatı ötüb. Bununla da sektorun ÜDM-də payı 6,7%-dən 7,3%-ə yüksəlib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR