İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın İƏT-ə sədrliyi

271 24.06.2026 13:11 Siyasət A A

Bu gündən etibarən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransına sədrlik Azərbaycana keçib. Bakıda keçirilən təşkilatın 20-ci sessiyasında sədrlik rəsmi olaraq İndoneziyadan Azərbaycana təhvil verilib. Bu hadisə təkcə parlament diplomatiyası baxımından deyil, həm də Azərbaycanın islam dünyasındakı mövqeyinin, beynəlxalq nüfuzunun və siyasi çəkisinin artmasının növbəti təsdiqi kimi qiymətləndirilir.


Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Bu barədə Musavat.com-a şərhində Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin üzvü Ceyhun Məmmədov bildirib. O qeyd edib ki, sədr ölkə kimi Azərbaycan növbəti dövrdə təşkilatın fəaliyyət gündəliyinin formalaşdırılmasında daha fəal rol oynayacaq. Bu isə Bakıya islam dünyasının qarşılaşdığı aktual məsələlərin müzakirəsində, parlamentlərarası əməkdaşlığın inkişafında və üzv ölkələr arasında dialoqun gücləndirilməsində əlavə imkanlar yaradır:

“Eyni zamanda, sədrliyin Azərbaycana keçməsi ölkənin beynəlxalq platformalarda mövqeyini daha da gücləndirəcək. Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, regionda sülh və əməkdaşlıq təşəbbüsləri barədə həqiqətləri daha geniş auditoriyaya çatdırmaq imkanı əldə edəcək. Sədrliyin Azərbaycana keçməsi ölkənin parlament diplomatiyasının imkanlarını genişləndirəcək. Bu, həm də Afrika, Asiya və Yaxın Şərq ölkələri ilə siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün əlavə platforma rolunu oynaya bilər. Müasir beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının rolu getdikcə artır. Bu baxımdan Azərbaycanın İƏT Parlament İttifaqına rəhbərlik etməsi ölkənin qlobal və regional proseslərdə iştirak imkanlarını artırmaqla yanaşı, islam dünyasında etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi mövqeyini daha da möhkəmləndirəcək”.

Deputat vurğulayıb ki, bu baxımdan, İƏT Parlament İttifaqına sədrliyin Azərbaycana keçməsi sadəcə təşkilati dəyişiklik deyil. Bu hadisə Azərbaycanın islam dünyasında qazandığı nüfuzun, etimadın və siyasi çəkisinin göstəricisi olmaqla yanaşı, ölkənin beynəlxalq arenadakı rolunun daha da artdığını nümayiş etdirən mühüm diplomatik hadisədir.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR