İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Əsgərov beynəlxalq konfransda – Süni intellekt və məhkəmə islahatları müzakirə olundu

494 24.06.2026 15:20 Son xəbər A A

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Skopye şəhərində keçirilən Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin növbəti konfransında iştirak edib.

Musavat.com xəbər verir ki, konfrans çərçivəsində məhkəmələrə ictimai etimadın artırılması, məhkəmə müstəqilliyinin təmin olunması, məhkəmə proseslərində və məhkəmə aparatının fəaliyyətində süni intellekt texnologiyalarının tətbiqi, həmçinin məhkəmələrin cəmiyyəti narahat edən məsələlərə münasibəti ətrafında geniş müzakirələr aparılıb.

Gündəlikdə duran məsələlərlə bağlı çıxış edən Çingiz Əsgərov Azərbaycanda həyata keçirilən hüquqi və məhkəmə islahatları, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurası tərəfindən görülən işlər, eləcə də məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib.

Konfrans iştirakçıları müxtəlif ölkələrin məhkəmə sistemlərində aparılan islahatlar, rəqəmsallaşma prosesləri və ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində əldə olunan təcrübələri bölüşüblər. Müzakirələr zamanı məhkəmə hakimiyyətinin qarşısında duran müasir çağırışlar, ictimai etimadın möhkəmləndirilməsi və yeni texnologiyaların tətbiqi məsələlərinə xüsusi diqqət yetirilib.

Qeyd edək ki, Mərkəzi və Şərqi Avropa ölkələrinin Ali Məhkəmə sədrlərinin Konfransı 2011-ci ildən etibarən təşkil olunur və region ölkələrində məhkəmə-hüquq islahatlarının müzakirəsi, qabaqcıl təcrübələrin paylaşılması baxımından mühüm beynəlxalq platformalardan biri hesab edilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR