Bakı və Tehran quru sərhədi boyunca sərnişin daşımalarının bərpası imkanlarını müzakirə edirlər.
Bakupost.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, bu barədə İranın mədəni irs, turizm və əl işləri naziri Rza Salehi Əmiri Ərdəbil bölgəsindən olan parlament üzvləri ilə görüşündə məlumat verib.
Qeyd edək ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin mart ayından bağlıdır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız eks xarici işlər naziri Tofiq Zülfüqarov olacaq. Müzakirədə tamaşaçılarımız da sual və şərhləri ilə iştirak edə bilər.






