İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıların həlak olduğu gəmidən ŞOK GÖRÜNTÜLƏR - VİDEO

862 05.06.2026 20:42 Gündəm A A

Xəbər verdiyimiz kimi, iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” xarici yük gəmiləri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Məlumata görə, həmin gəmilər Azərbaycan dövlətinə məxsus olmasa da, onların heyətində ümumilikdə 25 Azərbaycan vətəndaşı olub. Rusiya tərəfinin yaydığı rəsmi məlumata əsasən, hücum nəticəsində 5 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Palau bayrağı altında üzən gəmilərdən birinə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həyatını itirib.

Hücum zamanı digər Azərbaycan vətəndaşları - Samid Yaşar oğlu İbadzadə, Emin Valehov və Namiq Cəfərli müxtəlif dərəcəli xəsarətlər alıblar.

Musavat.com-a hücuma məruz qalan gəmidən yeni görüntülər daxil olub.

Kadrlarda pilotsuz uçuş aparatının zərbəsi nəticəsində yaranan ciddi dağıntılar və dəyən ziyanın miqyası aydın şəkildə əks olunub.

Həmin görüntüləri təqdim edirik:

İqbal RZAYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR