İnsanlara hürriyət, millətlərə istiqlal!

“AzərEnerji” və “Azərişıq” WUF13-də iki mühüm nəşrin təqdimatını keçirdi - FOTOLAR

1420 19.05.2026 12:00 Ölkə A A

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan beynəlxalq sərgidə birgə iştirak edən “AzərEnerji” və “Azərişıq” ASC-lər Azərbaycanın müasir enerji infrastrukturunu, dayanıqlı inkişaf strategiyasını və enerjisistemdə həyata keçirilən rəqəmsal transformasiya layihələrini nümayiş etdirirlər.

Musavat.com xəbər verir ki, forum çərçivəsində keçirilən ilk tədbirdə “AzərEnerji” tərəfindən hazırlanan “Azərbaycan enerjisisteminin arxitekturası” və “Azərişıq” ASC-nin ərsəyə gətirdiyi “Şəbəkə memarlığı” kitablarının təqdimatı olub.

Təqdim olunan nəşrlərdə ölkənin enerji sisteminin formalaşması, müasir texnoloji yanaşmalar, innovativ həllər və gələcək inkişaf istiqamətləri əks olunub.

Tədbir iştirakçılarına kitablarla yanaşı, qapalı tipli “Xankəndi” və “Ağ şəhər” yarımstansiyalarının maketləri, həmçinin enerji infrastrukturu və şəbəkə idarəçiliyini əks etdirən digər stendlər də təqdim edilib. Sərgidə nümayiş olunan layihələr ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR