İnsanlara hürriyət, millətlərə istiqlal!

Babəkdə dəhşətli QƏZA: Ana və 3 övladı xəsarət aldı FOTO

855 22.11.2025 19:33 Hadisə A A

Babək rayonu ərazisində baş verən qəzada ana və övladları xəsarət alıb.

Hadisə rayonun Badaşqan və Yarımca kəndlərinin kəsişməsində baş verib.

Belə ki, "VAZ 2107" markalı avtomobillə "KIA" markalı avtomobil toqquşub. Qəzada ana Əliyeva Nuriyyə Ağası qızı və övladları - Əliyeva Mələk Sevindik qızı, Əliyeva Fatma Sevindik qızı və Əliyev İlham Sevindik oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR