İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bazarda modellərin açıq-saçıq fotosessiyası müzakirə yaratdı - VİDEO

1732 30.06.2026 18:55 Ölkə A A

Bakıda yerləşən bazarlardan birində təşkil olunan fotosessiya sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.

Musavat.com xəbər verir ki, yayılan görüntülərdə modellərin bazar ərazisində müxtəlif obrazlarda foto çəkdirdiyi əks olunub. Xüsusilə bazarda çalışan və alış-veriş edən kişilərin kadrlarda təqdim olunma tərzi internet istifadəçilərinin diqqətini cəlb edib.

Paylaşım qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müxtəlif reaksiyalarla qarşılanıb. Bəzi izləyicilər fotosessiyanı yaradıcı və fərqli layihə kimi qiymətləndirsələr də, digərləri bazarda dekolteli geyimdə modellərin çəkilməsini və təqdim edilməsini doğru hesab etməyərək tənqidi fikirlər səsləndiriblər.

Beləliklə, fotosessiya ilə bağlı yayılan görüntülər internet istifadəçiləri arasında fikir ayrılığı yaradıb və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR