İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakıda böyümüşəm” - “Hudutsuz Sevda”nın aktrisası

1411 28.05.2025 18:36 Şou-biznes A A

Türkiyəli aktrisa Zehra Yılmaz “Bambaşka söhbetler” verilişində qonaq olub.

O, uşaqkən atasının işləri səbəbi ilə Azərbaycana köçdüklərini və 13 il Bakıda yaşadıqlarını açıqlayıb:

“13 il Azərbaycanda yaşadım, özümü tanıdım, nə istədiyimə qərar verdim. Ana dilim Azərbaycan dili olub. Rusca oxudum, türk dilini başa düşürdüm. Amma insanın öz dilində danışa bilməməsi pis bir haldır. Başa düşürdüm, lakin aksentlə danışırdım. Bakını çox sevirəm, orada böyüdüm, uşaqlığım orada keçdi. Azərbaycan xalqını çox sevirəm. Həmişə deyirəm, Türkiyəyə qanımla, Azərbaycana canımla bağlıyam”.

Qeyd edək ki, Zehra “Hudutsuz Sevda” serialında “Qamze”ni canlandırıb.  (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR