İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda dəhşətli qəza: Həlak olanlar və çox sayda yaralılar var

2876 23.04.2025 22:04 Hadisə A A

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com Bakupost-a istinadən xəbər verir ki, qəza nəticəsində 10-a yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfillinin verdiyi məlumata görə, aprelin 23-də saat 17:50-də paytaxtın Qaradağ rayonu ərazisində "Lada" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində iki sərnişin aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Yol-nəqliyyat hadisəsi ilə bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR