İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda elektrikdoldurma məntəqəsi su altında qaldı - VİDEO

510 17.12.2025 15:37 Gündəm A A

17 elektrikdoldurma cihazından yalnız ikisi işlək vəziyyətdədir, 15-i suyun altında qalaraq xarab olub...

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsindən gedir.

Elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda sürücülərin məntəqəyə yaxınlaşa bilmədikləri görünür.

Sürücülər deyirlər ki, yağmurlu hava şəraitindən sonra ərazidən nəinki keçmək, hətta avtomobil saxlamaq belə mümkün olmur.

Vəziyyətdən narazılıqlarını bildirən sürücülərin sözlərinə görə, hazırda ərazinin təmizlənməsi üçün heç bir iş aparılmır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR