İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda marketə BASQIN: satıcıya bıçaq çəkib qarət etdilər - HADİSƏ ANI

1242 26.11.2025 13:33 Hadisə A A

Bakının Binəqədi rayonunda yerləşən marketlərin birində quldurluq hadisəsi baş verib.

DİN mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, naməlum şəxslər gecə saatlarında orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək tütün və kosmetik məhsulları talayıblar. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.

Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - 40 yaşlı Elnur Qələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslərin marketə gəliş-gedişi, tütün və kosmetik məhsulları talaması təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.

Faktla bağlı araşdırmalar davam edir.

Bakıda marketə BASQIN:  satıcıya bıçaq çəkib qarət etdilər - HADİSƏ ANI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR