Aktrisa Nəsrin Cavadzadə rol aldığı “Daha 17” serialında ekran oğlunu canlandıran Ata Yaşat ilə bağlı paylaşımıyla diqqət çəkib.
Musavat.com xəbər verir ki, Nəsrin bir müddət əvvəl verdiyi müsahibədə Ata Yaşatla çox yaxşı münasibətlərinin olduğunu bildirərək, zarafatla onu himayəsinə götürmək istədiyini söyləmişdi.
Hətta gənc aktyorun soyadını “Cavadzadə” olaraq dəyişməsi ilə bağlı etdiyi yumoristik açıqlama da sosial şəbəkələrdə maraqla qarşılanmışdı.
Məsələ ilə bağlı yayılan xəbərlərə münasibət bildirən aktrisa həmin açıqlamaları instaqram hesabında yenidən paylaşaraq zarafatını davam etdirib. O, paylaşımında “Artıq Atanın Bakıda neftayırma zavodları var” sözlərini yazaraq izləyicilərini güldürüb.
Nəsrinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. İzləyicilər aktrisanın yumor hissini yüksək qiymətləndirərək, Ata Yaşatla arasındakı səmimi münasibətin diqqət çəkdiyini qeyd ediblər.
Qeyd edək ki, “Daha 17” serialında ana-oğul obrazlarını canlandıran Nəsrin Cavadzadə və Ata Yaşatın ekran arxasında da olduqca mehriban münasibətləri olduğu tez-tez paylaşılan görüntülərdən məlum olur.
Könül
Musavat.com









